• $
  • €
  • ₽
  • ₺
  • £

İntensiv yağan yağışlar Kürün səviyyəsini artırıb

İntensiv yağan yağışlar Kürün səviyyəsini artırıb
21.03.2022 14:48
İntensiv yağan yağışlar Kürün səviyyəsini artırıb, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə,martın ikinci 10 günlüyündə yağan intensiv yağışlar nəticəsində ölkənin bir çox bölgəsində çaylarda sululuğun artması müşahidə edilib. 

"Bu xüsusilə Kürün aşağı axınında da çayların sululuğunun yüksəlməsinə və Kürün su səviyyəsinin və su sərfinin artmasına şərait yaradıb. Martın əvvəllərində Kürdə su sərfi 30 m³ saniyədən aşağı idisə, artıq 100 m³saniyədən yuxarıdır. "Bu da çayda yaranmış duzluluqla bağlı problemin xeyli azalmasına səbəb olub. Martın 1-ci yarısında olan güclü külək və dənizdə olan dalğalanma nəticəsində duzlu suların Kür boyu hərəkət edərək Salyan şəhəri və ondan yuxarıda duzluluğun 0,6-0,7 qr litrdən daha yüksək olub. Şalyandan aşağıda isə 7-8 qramadək yüksəlməsinə səbəb olub. Yağıntılar nıticəsində sululuğun artması bu prosesin azalmasına səbəb olub. Kürdə suyun artması nəticəsində çayın sürəti də artmış, duzlu sular geri, dənizə doğru hərəkət etməklə çayda suyun duzluluğu xeyli azalıb. Kürün aşağı hissəsində duzluluq bir qram litr səviyyəsindədir ki, bu da su təhcizatında yarana problemlərin ardan qaldırılması üçün yaxşı şərait yaradıb", - o bildirib.

Rafiq Verdiyev bildirib ki, düşən yağıntılara görə yaxın aylarda çaylarda yüksək sululuqla bağlı problem olmayacaq.

"Lakin iyun-iyul-avqust aylarında çaylarda gursululuq dövründə azalması nəticəsindıə bu problem yenidən yarana bilər. Buna hazır olmaq lazımdır. Bunun üçün sudan istifadə zamanı qənaətli istifadəyə yer verilməli, su itkilərinin qarşısı alınmalıdır. Kürün aşağı axınında götürülən suyun miqdarı kifayət qədər az olsun ki, bu kimi problemlər daha da kəskinləşməsin",- Verdiyev əlavə edib.
 
"19 mart 2022-ci il tarixində gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub, Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikaları Masallı rayonunun Mollaoba, Bədəlan, Təzə Alvadı, Cəlilabad şəhəri və rayonunun Bəcirəvan kəndində xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Ləman Qasımova
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol