• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Mirzəyev “Space”dən kənarlaşdırıldı

İlham Mirzəyev “Space”dən kənarlaşdırıldı
30.04.2014 16:17

Aprelin 12-də Nərimanov rayon məhkəməsinin qərarı ilə 2 aylıq müddətində həbs edilən “Space” TV-nin tanınmış aparıcısı İlham Mirzəyev rəhbərliyin qərarı ilə işdən kənarlaşdırılıb.

Aktual.az-ın əldə etdiyi məlumata görə, teleaparıcının həbsi ilə əlaqədar onun aparıcısı olduğu “Etibar edin” verilişi bağlandıqdan bir müddət sonra rəhbərlik İlham Mirzəyevi işdən azad etmək qərarına gəlib. Buna səbəb teleaprıcının həbsi ətrafında yaranan məsələ olub.

Məlumata görə, mətbuatın ölkədə cərəyan edən siyasi proseslərdə İlham Mirzəyev izi axtarması telekanal rəhbərliyini təşvişə salıb və əlavə problemdən qurtulmaq üçün bu qərara gəlinib.

Məsələ ilə əlaqədar Aktual.az-a açıqlamasında “Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev məzuniyyətdə olduğunu əsas gətirərək yayılan məlumata şərh verməkdən imtina etdi: “İndi bu haqda əlavə şərh verə bilməyəcəm. Birinci gün işə çıxdıqdan sonra sizin suala cavab verə bilərəm”.

Xatırladaq ki, İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. Teleaparıcıya Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb və o, iki aylıq müddətində həbs edilib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol