• $
  • €
  • ₽
  • ₺
  • £

DSMF-nin vəzifəli şəxsinə 9 il 6 ay həbs cəzası verilib

DSMF-nin vəzifəli şəxsinə 9 il 6 ay həbs cəzası verilib
21.03.2022 22:30
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsinin rüşvətə görə tutulan sabiq baş mühasibi Pərviz İsgəndərov və onun tanışları - Qalib Ələsgərovla Malik Nəsirova hökm oxundu. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Pərviz İsgəndərov 9 il 6 ay, Qalib Ələsgərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Qalib Ələsgərovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalında həb olunub.

Digər təqsirləndirilən Malik Nəsirov isə 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.

DSMF-nin Cəlilabad rayon şöbəsinin sabiq baş mühasibi Pərviz sgəndərov və tanışları 2020-ci ilin may ayında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib. Daha sonra onun və tanışlarıƏləsgərovlaNəsirovun digər cinayət əməlləri üzə çıxıb.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və P.İsgəndərovun barəsində həbs qətimkan tədbiri, Ələsgərovla Nəsirovun barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol