• $
  • €
  • ₽
  • ₺
  • £

Tarixə baxış: I Dünya müharibəsinin AZƏRBAYCANI

Tarixə baxış: I Dünya müharibəsinin AZƏRBAYCANI
30.04.2014 15:38
Gülnar Zeynalova Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin əməkdaşıƏraziləri bölüşdürmək, hegemonluq, dünya xəritəsini dəyişdirmək uğrunda İngiltərə, Fransa, Almaniya, Rusiya kimi böyük dövlətlərin apardıqları mübarizə 1914-cü ildə I Dünya müharibəsi ilə nəticələndi. 1914-1918-ci illər bir çox xalqların müqəddaratını dəyişdi. Bu dövrdə Rusiya imperiyasının tərkibində olan Azərbaycan da baş vermiş tarixi hadisələrdən kənarda qalmadı. Torpaqlarmızda döyüşlər getməsə də, Rusiyanın iştirak etdiyi bu müharibə Azərbaycana da öz təsirini göstərdi. Ölkəmiz istər təbii sərvətləri, istərsə də hərbiçiləri ilə I dünya müharibəsində çarizimə böyük dəstək oldu. Ə.Şıxliniski, S.Mehmandarov, H.Naxçıvaniski, F.Qayıbov və onlarla hərbiçilərin bu dövrdə rus hərb sənətinə verdikləri töhfələr danılmazdır. Həmçinin müharibə dövründə çar imperiyasının "müharibə ehtiyacları"nın ödənilməsində Azərbaycanın rolu əvəzsiz idi. Təkcə onu qeyd etmək kifayətdir ki, I Dünya müharibəsində Rusiyanın neftə olan təlabatının 70 faizini Azərbaycan ödəyirdi. Məhz bu kimi sərvətlərinə, əlverişli coğrafi mövqeyinə görə vətənimiz böyük dövlətlərin də işğalçılıq planlarında idi.Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində I Dünya müharibəsinə aid qorunan sənədlərdə həmin illərdə Azərbaycanın iqtisadi-siyasi vəziyyətini aydın şəkildə əks etdirən faktlar toplanıb. Qafqaz Canişinliyi, Bakı qrodanaçalnikinin dəftərxanası,Yelizavetpol və Bakı quberniyalarının, Dağıstan Vilayətinin Dövlət Əmlakı və Torpaq İdarəsi, “Nobel qardaşları” neft istehsalçı şirkətinin Bakı şöbəsi, Bakı şəhər komitəsi və digər fondlarda saxlanılan sənədlər 1914-1918-ci illərdə Azərbaycanın iqtisadi-sosial vəziyyəti barədə məlumatlar verir.Müharibə illərində Azərbaycanda neft sənayesi sürətlə inkişaf etdi, iri firmalar daha da gücləndi. Böyük şirkətlər az tapılan malları xaricdən gətirdirdilər. Misal üçün, "Nobel qardaşları" şirkəti 1915-ci ilin avqust ayında Neft Sənayeçiləri Birliyinə müraciət edərək İngiltərədən sənayedə işlədiləcək naqil alınması barədə məsələ qaldırmışdı. I Dünya müharibəsi zamanı hasil edilən neftin çox hissəsi "Nobel qardaşları" şirkətinin payına düşürdü. Arxiv materiallarında qeyd olunur ki, bu zavodlarda çalışan fəhlələr təkcə Bakı şəhərindən və rayonlardan deyil, Rusiyanın quberniyalarından, hətta qonşu İran dövlətindən də bura işləmək üçün fəhlələr gəlirdi. Bu dövrdə dövlətə məxsus neftli torpaqların neft sənayeçilərinə verilməsi prosesi də xüsusi yer tuturdu. Abşeron yarımadasında dövlətə məxsus neft mədənlərinin qaydaya salınması ilə bağlı 1916-cı ilin sonunda qanun layihəsi də hazırlandı. Müharibənin ilk günlərində metal, bezin, xammal çatışmazlığı bütün ölkədə hiss olunurdu.1915-ci ildə təsərrüfatda böhran başladı.Həmin il ölkə ərazisindəki bütün zavodlar hərbiləşdirildi, fasiləsiz işləyən hərbi sənaye təşkil edildi. Zavodlar hərbi sifarişləri yerinə yetirmək üçün kifayət qədər xammal tapa bilmirdilər. Bu illərdə Bakı firmalarının yanacaq, xammal əldə edə bilməmələri barədə şikayətləri əsasında yazışmalar xüsusi diqqət çəkir. 1917-ci il 4 fevral tarixli arxiv sənədində yer alan Bakı şəhərindəki Çuqun-liteyin zavodunun sahibinin məktubunda deyilir ki, çuqun və koksun yoxluğu xammalla bağlıdır. İqtisadi böhran nəqliyyat sahəsində də hiss olunurdu. Hərbi yüklərin daşınması, Qafqaz cəbhəsindəki əhalinin Azərbaycan ərazisinə təxliyyəsi, xammalın və hərbi məhsulların çatdırılması nəqliyyat sahəsinin çətin rejimdə fasiləsiz çalışmasına səbəb olurdu. 1916-cı ildə ticarət və sənaye nazirinə neft sənayeçilərinin hesabat məruzəsində bildirilmişdir ki, həmin dövr üçün neft sənayesindəki vəziyyət metal emalının azalması, nəqliyyatın işinin pozulması işçi qüvvəsinin çatışmaması ilə əlaqədardır. Rusiyanın müharibəyə zəif hazırlaşması özünü hər sahədə göstərirdi. Artıq 1915-ci ildə şəhərlər aclıq tüğyan edirdi. Təbii ki, bu durum Azərbaycandan da yan qaçmamışdı. Qafqazda ərzaq işləri üzrə xüsusi yığıncağa göndərilmiş çox saylı yazışmalarda və teleqramlarda bildirilir: "Un yoxdur, kibrit, şəkər, toxum yoxdur - aclıq yaşanır (iyul, dekabr 1916 il)". Bakı şəhərinə nisbətən Azərbaycanın regionlarında vəziyyət daha acınacaqlı idi. Kəndlilərin iqtisadi durumu çox ağır idi. Kənd təsərrüfatı xeyli zəifləmişdi. Əmək qabiliyyətli kənd camaatını ya orduya aparırdılar (bu çox az hallarda baş verirdi), ya da arxa cəbhədə işləməyə təhrik edirdilər. Bu da kəndli təsərrüfatının zəifləməsinə, əhalinin aclığına gətirib çıxarırdı. İmperiya vergilərinin ağırlığı yoxsulluğu daha da qabardırdı. 1915-ci ildə Şamaxı qəzasının Əhəd kəndinin camaatı vergilərin ödənilməsinə möhlət istəyirdilər. 21 aprel 1916-cı ildə Cavanşir qəza rəisinin Yelizavetpol qubernatoruna məruzəsində bildirilir ki, Lənkəran qəzasının Ağdərə kəndinin 100 qadını topoqrafa qarşı müqavimət göstərmiş və bildirmişdilər ki, "onların ərləri müharibədən qayıtmayana qədər torpaqlarının ölçülməsinə icazə verməyəcəklər”.I Dünya müharibəsi zamanı Çar Rusiyası Qafqaz cəbhəsindən təxliyə olunmuş erməniləri, yəhudiləri Azərbaycan ərazisinə köçürmüşlər. Qaçqın ermənilər isə ərazilərimizdə kütləvi şəkildə məskunlaşdırılmışdılar.  Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin XX əsrin əvvəllərinə aid arxiv sənədlərindən də aydın olur ki, qaçqın ermənilər Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Bakı şəhəri və ətraf ərazilərdə məskunlaşdırılır, onlara hər cür yardımlar göstərilirdi. Bunu Qafqaz cəbhəsi qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkili ilə Bakı qrodanaçalnikinin, Bakı qubernatorunun yazışmaları da sübut edir. Hətta erməni qaçqınlarına yardım üzrə Bakı Komitəsi də yaradılmış, komitənin Bakıda yaşayan ermənilərə kreditlərin ayrılması barədə aidiyyəti qurumlarla  yazışmaları tarixi sənədlərdə öz əksini tapmışdır. 1915-ci il 26 noyabrda ermənilərə yardım üzrə Bakı komitəsinin Qafqaz canişinliyinin  mülki işlər üzrə hissə köməkçisinə məktubunda bildirilir: "9 dekabrda “Podarok Sirotam" adlı rus və erməni dillərində dərc olunan qəzetin satılmasında köməklik göstərilsin və satışdan gələn gəlir Bakı şəhərindəki qaçqın ermənilərə sərf olunsun".  Arxiv sənədlərində öz əksini tapan digər bir fakt 4 aprel 1917-ci il tarixində Bakıdakı Erməni Xeyriyyə Cəmiyyətinin Bakı qrodanaçalnikinə teleqramıdır. Teleqramda bildirilir: “Bakıda məskunlaşan ermənilərin ərzaq, mənzil və digər zəruri ehtiyacların ödənilməsi üçün ilk rübə görə 23 967 rubl, qocalara və azyaşlılara isə 1 350 rubl pul ayrılaraq Bakı qrodanaçalnikliyinin büdcəsinə köçürülsün".  Bütün bunlar təkcə ehtiyacı olan insanlara yardım etmək məqsədi daşımırdı, erməniləri Bakı şəhərində möhkəmləndirməyə çalışırdılar. Bakıda öz yerlərini möhkəmləndirmək üçün ermənilərin əllərinə böyük fürsət düşmüşdür. Artıq 18 dekabr 1915-ci ildə  Bakı Komitəsinin Qafqaz cəbhəsi qaçqınların yerləşdirilməsi üzrə rəisi general-mayor Tamamşevə məruzəsində bildirmişdir ki, bu vaxt ərzində Bakı şəhərində erməni qaçqınların sayı 1800 nəfər böyük və 500 nəfər uşaq təşkil edir. Bakı şəhəri yaxınlığında yerləşdirilən ermənilər üçün qəsəbə salınmış və buraya "erməni qəsəbəsi" adı verilmişdir. Ermənilər Bakıda müvəqqəti qaçqın kimi qalmaq fikrində deyildilər, onlar burada daimi məskunlaşmaq, kök salmaq istəyirdilər. Əbəs yerə deyildi ki, Ermənilərə Yardım üzrə Bakı Komitəsi 1915-ci ilə Qafqaz Canişinliyinə göndərdiyi sənəddə xahiş edilir ki, qışın soyuq keçməsini, bu səbəbdən xəstələrin olmasını, ümumilikdə köçkünlərin vəziyyətinin çətinliyini nəzərə alaraq erməni qaçqınları Bakıdan köçürülməsin və onların Bakıda qalmasına icazə verilsin. Həmçinin  burada yaşayan ermənilərə dövlət yardımı ayrılsın. Bütün bu bəhanələr əsrlərdir Azərbaycanı özününküləşdirməyə çalışan xain qonşunun siyasi taktikalarından biri idi. Hər zaman olduğu kimi bu dəfə də ruslar erməniləri tək qoymadılar. "Rusiya niyə bu qədər ermənini vətənimizdə məskunlaşdırmağa cəhd göstərirdi" -  sualının cavabını artıq əsrlərdir tarix təsdiqləmişdir: Azərbaycan xalqını silmək, Qafqazda xristianların üstünlüyünü təmin etmək, müstəmləkəçilik siyasəti...1915-1917-ci illərdə ermənilərin yenidən Azərbaycanda yerləşdirilməsinin bəlkə də başqa maraqları vardı. Bəlkə də bir il sonra 31 mart 1918-ci ildə baş verən "Mart soyqrımı"na hazırlıq planının ən önəmli hissəsi idi. Müharibənin ən çətin anında ermənilərə sığınacaq verən Azərbaycan xalqının, onlara hər cür yardım göstərən müsəlman cəmiyyətlərinin mükafatı günahsız axıdılan qanlar oldu. Yəqin insanlıq ermənilər üçün budur!1914-1918-ci illər həm də Azərbaycan fəhlələrinin təşəkkülünə səbəb oldu. Bu dövrdə bir çox firma və zavodlarda baş qaldırmış tətillərin yaranmasında bura işləməyə gələn fəhlələrin böyük rolu olmuşdur. 1915-ci ilin sonu, 1916-cı ilin əvvəllərində böyük ümumi tətillər başlamışdır. 1917-ci ilin yanvarında Bakı şəhərində baş vermiş tətil bütün müharibə dövründə baş vermiş tətillərin ən mütəşəkkili idi. Bakı qrodanaçalniki şəhərdə baş vermiş tətilləri yatırmaq üçün Bakı qarnizonu qoşunlarının rəisindən xahiş etmişdir ki, Dərbənddən, Yelizavetpoldan, Temir Xan Şuradan, Petrovskdan qoşun göndərilsin.  İmperiya ərazisində baş vermiş bu kimi tətillər çarizimin zəifləməsinə səbəb olurdu.I Dünya müharibəsi Çar Rusiyasını zəiflətdi və iflasa uğratdı. Bu da mövcud siyasi partiyaların daha da fəallaşmasına gətirib çıxardı. İmperiyanın əyaləti olan Azərbaycanda da 1918-ci ildə yaranan müstəqillik üçün şərait yarandı.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol