Paytaxt sakininə qarşı dələduzluq edən şəxs tutuldu

Paytaxt sakininə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
www.anews.az
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, DİN-in "102 Zəng Mərkəzi”nə zəng edən Bakı şəhər sakini E.Mehdiyev paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin zor tətbiq edərək onun 250 ABŞ dollarını aldığını bildirib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş P.Abdullayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























