• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur nəşr Azərbaycan ordusunun uğurlarından yazıb

Məşhur nəşr Azərbaycan ordusunun uğurlarından yazıb
23.03.2022 21:30
İkinci Qarabağ müharibəsi döyüş əməliyyatları zamanı zirehli texnikanın istifadə olunmasının tərəfdarları və əleyhdarlarına müzakirələr üçün bir sıra mövzular təqdim edib.

Bu barədə "The Washington Post" qəzetində dərc olunan məqalədə deyilir.
 
"Rusiya tankları məğlubiyyətə uğrayır. Müasir döyüş meydanında onlara yer varmı?" adlı məqalədə müəllif yazır ki, Rusiya-Ukrayna münaqişəsi hazırda davam etdiyi üçün hər hansı bir yekun fikir bildirmək hələ tezdir.
"Amma bu günədək gördüklərimiz artıq hərbi dairələrdə müharibələrin aparılması məsələləri barədə davam edən müzakirələrdə yeni arqumentlər ortaya çıxarır. Bu, xüsusilə də, döyüş əməliyyatları zamanı tankların istifadəsinin aktuallığı barədədir", - müəllif bildirir.
 
2020-ci ildə İkinci Qarabağ müharibəsində "Bayraktar TB2” PUA-larının və İsrail istehsalı olan döyüş sursatlarının istifadəsi Azərbaycan üçün çox səmərəli oldu.
 
Məqalədə vurğulanır ki, Ermənistan-Azərbaycan müharibəsi zirehli texnikanın istifadə olunmasının tərəfdarları və əleyhdarlarına müzakirə üçün çoxlu mövzular verdi.
 
"Başlıca müzakirə mövzularından biri o idi ki, dronların dəqiq zərbələri ilə tankların məhv edilməsi zirehli texnikaların istifadəsinin sonunu ifadə edir, yoxsa pis müdafiə olunan zirehli texnikanın nə ilə üzləşə biləcyinin nümunəsidir?" – məqalədə qeyd olunur.
 
Müəllif qeyd edir ki, artıq bəzi şəxslər tank və zirehli transportyorların köhnəldiyini bəyan edir. Onlar həddən çox bahadır və tank əleyhinə vasitələr və dronlarla çox asan məhv edilir.
 
"VICE News" nəşrində yer almış digər məqalədə də Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi zamanı dronların uğurlu istifadəsi vurğulanır.
 
"Müharibə vaxtı Azərbaycan qoşunları dronların tətbiqi ilə Ermənistan texnikasını uğurla məhv edirdi", - məqalədə vurğulanır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol