Elxan Əliyev aclıq aksiyasına başlayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin həbsdə olan əməkdaşı Elxan Əliyevin aclıq aksiyası keçirir. Bu barədə partiyadan bildirilib.
Əliyev 23 martdan aclıq aksiyasına başlayıb. O, saxlanılarkən avtomobilində olan pulunun yoxa çıxmasına etiraz edir.
"Elxan Əliyev həbs edilən zaman maşınında 2500 azn pul olub. Bunu saxlanılanda polislərə də söyləyib. Sonra polislər maşında pul olmadığını deyib, qaytarmaqdan boyun qaçırırlar", - partiya üzvü Ceyhun Novruzov özünün Feysbuk hesabında bildirib.
Martın 19-da Elxan Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə günahlı bilərək 30 sutka inzibati həbsə məhkum edib. Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə günahlandırılaraq barəsində inzibati tənbeh tətbiq edilib.
AXCP Mətbuat xidməti bildirir ki, Elxan Əliyev şəxsi minik avtomobili ilə hərəkət edərkən saxlanılıb.
"O polisin çağırışına tabe olub və polislə birgə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gedib. Onun hərəkətlərində polisin qanuni çağırışına tabe olmamaq və xırda xuliqanlıq əlamətləri ümumiyyətlə olmaytıb.”
AXCP sədri Əli Kərimli hesab edir ki, partiya fəalının həbsinin səbəbi tənqidi yazılarıdır.
"AXCP funksioneri Elxan Əliyevi şərləyərək son 6 ayda 3-cü dəfə 30 sutka müddətinə inzibati qaydada həbs etdilər. Elxan bəyin körpə övladlarını bayram axşamı atasız qoydular. Elxan bəy heç bir qanun pozuntusuna yol verməyib. Tez-tez həbs olunmasının tək səbəbi sərt tənqidi yazılarıdır,” - Kərimli Feysbuk hesabında yazıb.
www.anews.az

Əliyev ötən ilin dekabrında da inzibati qaydada həbs cəzası almışdı.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib