Goranboyda arvadını öldürməkdə təqsirləndirilən şəxsin - Fotoları - YENİLƏNDİ

Goranboyda arvadını maşınla əzib daha sonra bıçaqla öldürən iş adamı Mehman Süleymanovun qətli nəyə görə törətdiyi ilə bağlı təfərrüat məlum olub.
Mehman Süleymanov Novruz bayramı ilə əlaqədar uşaqlarını gəzməyə aparmaq istəyib. Lakin Əfsanə Məmmədova buna etiraz edib və uşaqların atası ilə getməsini istəməyib.
Martın 23-də Mehman Süleymanov Goranboy rayonuna gələrək uşaqlarını həyat yoldaşından tələb etsə də, qadın uşaqları gizlədib. Martın 24-də M.Süleymanov yenidən kəndə gəlib uşaqlarını istəyib. Ə.Məmmədova növbəti dəfə ona rədd cavabı verib. Həmin gün günorta radələrində Əfsanə Məmmədova Dəliməmmədli kəndində atasının evindən çıxarkən qəfil Mehman Süleymanovla rastlaşıb. M.Süleymanov ondan uşaqlarının yerini soruşanda Əfsanə Məmmədova ona rədd cavabı verib və aralarında mübahisə yaranıb. Qadın Mehman Süleymanovdan ayrılaraq qaçmağa başlayıb. Süleymanov isə dərhal idarə etdiyi "Land Rover" markalı avtomobilinə oturaraq qadını avtomobillə qovub. O Dəliməmmədli musiqi məktəbinin qarşısında qadını maşınla vurub. Hadisə nəticəsində Məmmədova ağır xəsarətlər alsa da, Süleymanov bununla sakitləşməyib. O avtomobilində olan bıçaqla qadına bir neçə zərbə endirərək qətlə yetirib.
Hadisəni törədən Süleymanov Bakı şəhərində sahibkarlıqla məşğul olurmuş. Kifayət qədər imkanlı olan Mehmanın Bakıda 2 mebel sexi, mağazaları, Yevlax şəhərində isə ticarət obyektləri var.
******
Goranboyda həyat yoldaşını avtomobillə vurduqdan sonra bıçaqla qətlə yetirən şəxs saxlanılıb.
Süleymanov avtomobillə Əfsanə Məmmədovanı Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında vurub, daha sonra bıçaqla ona xəsarətlər yetirib. Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























