Hava yağıntılı olub, bəzi yerlərdə qar yağıb - FAKTİKİ HAVA

Martın 25-nə olan məlumata əsasən, Azərbaycanda qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarınadək yağış davam edib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Düşən yağıntının miqdarı: Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 7.0 mm, Çilov adası, Bakıda 4.0 mm, Binədə 2.0 mm, Maştağa, Sumqayıt, Pirallahıda 1.0 mm-dək, Neftçalada 7.0 mm, Astara, Balakəndə 4.0 mm, Şahdağ, Sarıbaş (Qax), Lənkəranda 3.0 mm, Ləzə, Biləsuvar, İmişli, Kürdəmir, Zaqatala, Ağdam, Gədəbəydə 2.0 mm, Ordubad, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Xınalıq, Yevlax, Zərdab, Beyləqan, Sabirabad, Salyan, Yardımlı, Ağsu, Kişçay (Şəki), Şabranda 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü: Sarıbaş (Qax), Lerikdə 60 sm, Şahdağda 55 sm, Xaltanda 48 sm, Şahdağda 43 sm, Ağdərədə (Ordubad) 34 sm, Altıağacda 32 sm, Kişçay (Şəkidə) 30 sm, Ləzədə 22 sm, Xınalıq, Daşkəsəndə 16 sm, Qrızda 12 sm, Göygöldə 10 sm, Şamaxıda 8.0 mm, İvanovka (İsmayılı) 5 sm, Qəbələdə 1 sm olub.
Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Şabranda 20 m/s, Altıağacda 17 sm, Naxçıvanda 16 m/s-dək güclənib.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 6°-dək isti, Naxçıvan MR-da 7°-dək şaxta, dağlıq rayonlarda 12°-dək şaxta, aran rayonlarında 4°-dək isti olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























