Bu gün Qız Qalasının işıqları söndürüləcək

Bu gün axşam Qız Qalasının işıqları söndürüləcək.
Bu il Bakının bir çox tanınmış tikililərin fasad işıqları 1 saatlıq söndürülərək aksiyaya qoşulacaqlar
www.anews.az
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, saat 20:30-dan 21:30-a qədər "Yer saatı” ekoloji aksiyasına qoşulmaq üçün bu addım atılacaq.
Belə ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə hər il mart ayının son şənbə günü dünyada "Yer saatı” ekoloji aksiyası keçirilir. Aksiya çərçivəsində binaların fasad işıqları söndürülərək iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























