• $
  • €
  • ₽
  • ₺
  • £

BMT: Ukrayna müharibəsində azı 1 104 mülki şəxs ölüb

BMT: Ukrayna müharibəsində azı 1 104 mülki şəxs ölüb
26.03.2022 23:30
Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral 2022-ci il tarixindən 25 mart 2022-ci il saat 00:00-a qədər mülki əhali arasında itkilər 2 858 nəfər (bir gün əvvəlki hesabatda 2 788 nəfər idi - red.), o cümlədən 1 104 nəfər (1081) dinc sakin təşkil edib.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı şənbə günü məlumat yayıb.

"Ali Komissarlıq hesab edir ki, real rəqəmlər xüsusilə hökumətin nəzarətində olan ərazilərdə və son günlər daha çoxdur, çünki intensiv döyüşlərin getdiyi bəzi yerlərdən gələn məlumatlar gecikdirilir və bir çox hesabat hələ də təsdiqini gözləyir”, - sənəddə vurğulanır.

Qeyd edilir ki, Mariupol və Volnovaxa, İzyum, Severodonetsk, Trostyanetsk (Sum vilayəti) şəhərlərində dinc əhali arasında çoxsaylı itkilər var.
BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibə zamanı 221 kişi, 167 qadın, 30 oğlan və 15 qız ölüb, 51 uşaq və 620 nəfər (böyüklər-red) cinsiyyəti hələ müəyyən edilməyib.

Xəsarət alan 1 754 nəfərdən 30-u qız, 24-ü oğlandır, yaralılar arasında o cümlədən cinsiyyəti hələlik müəyyən edilməmiş 70 uşaq da var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol