Ukrayna lideri dünya böhranı barədə xəbərdarlıq edib

Ukraynanın müharibə şəraitində öz torpaqlarını becərməsi çətin olacaq.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə ölkə başçısı Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışında deyib.
Zelenski bildirib ki, Ukrayna dünyanın ən mühüm neft, buğda və qarğıdalı ixracatçılarından biridir: "Dünya COVID-19 pandemiyasından sonra bərpa oluna bilmədi və qida ilə bağlı risk altındadır. Rusiyalılar taxıl becərilməsinin qarşısını almaq üçün Ukrayna torpağını qazır, kənd təsərrüfatı texnikası və yanacaq çənlərini vurur. Limanlarımızı işğal etdilər. Ölkəmizdə kifayət qədər ərzaq var, amma ixracın qarşısının alınması bir çox ölkələrə ziyan vuracaq. İslam ölkələri, Latın Amerikası dövlətləri və digər ölkələr bundan əziyyət çəkəcək. Biz dünyada taxıl böhranının qarşısını almalıyıq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























