Azərbaycan saytlarının Rusiyada bloklanmasına - Rəsmi reaksiya

Azərbaycana məxsus bir neçə sayta Rusiya ərazisindən giriş bloklanıb.
"Hesab edirik ki, müasir dövrdə informasiya mübadiləsinə belə inzibati yanaşma Azərbaycanın media subyektlərinin peşəkar fəaliyyətinə təsir göstərməsə də, insanların balanslı və doğru informasiya təminatına mane olur.
44 günlük Vətən müharibəsi zamanı bir sıra ölkələrin media quruluşlarının hərbi əməliyyatların gedişi və ölkəmiz haqda zərərli, sırf "qara” təbliğat xarakterli və əksər hallarda isə saxta məlumatlar yaymasına baxmayaraq, Azərbaycan media azadlığı prinsipinə sadiqlik nümayiş etdirərək, heç bir əcnəbi saytın və ya televiziya kanalının ölkə ərazisində yayımını bloklamadı. Bu gün də onların fəaliyyətinə ölkəmizdə heç bir məhdudiyyət qoyulmur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























