Ağdamda buldozer minaya düşdü

Ağdamda körpü-bina tikinti texnikası minaya düşüb.
Anews.az APA-ya istinadən xəbər verir ki, hadisə yeni inşa edilməkdə olan Ağdam-Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisindən keçən hissəsində baş verib.
Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğlunun idarə etdiyi "LiuGong" markalı buldozer erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb. Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























