• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 34 rayonu təhlükə altında - SOS

Azərbaycanın 34 rayonu təhlükə altında - SOS
30.04.2014 10:24
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri Kürdəmir, Zərdab, Hacıqabul, Ağsu, Şamaxı və Qobustan rayonlarında monitorinqlər aparıblar. Məqsəd kənd təsərrüfatı bitkiləri üçün son dərəcə təhlükəli olan Mərakeş çəyirtkələrinin yayılma ehtimalını öyrənmək və bu ziyanvericilərə qarşı təxirəsalınmaz tədbirlər görməkdir.Respublika bitki mühafizəsi mərkəzinin rəisi Camal Quliyevin verdiyi xəbərə görə, Mərakeş çəyirtkələrinə Azərbaycanın 34 rayonunda rast gəlinib Adətən sürü halında hərəkət edən bu ziyanvericilər qarşılarına çıxan hər şeyi - taxılı, meyvə-tərəvəzi, pambığı, hətta meyvə ağaclarının yarpaqlarını belə məhv edir.Respublikanın 14 rayonunda mübarizə tədbirlərinə başlanılıb və bu məqsədlə 7 qərargah yaradılıb. Çəyirtkələrin məhvi üçün kifayət qədər texnika və dərman preparatı ayrılıb.Ağsu rayonunun Padarqışlaq, Şamaxı və Qobustanın cənub düzən ərazilərində, Kürdəmirin, Hacıqabulun qışlaq ərazilərində monitorinqlər nəticəsində aşkar edilən çəyirtkə sürülərinin məhvi üçün mütəmadi tədbirlər görülür. Bunun nəticəsidir ki, həmin ərazilərdəki taxıl sahələrinə, eləcə də digər kənd təsərrüfatı bitkilərinə zərər dəyməyib.Fermerlər və torpaq mülkiyyətçiləri Mərakeş çəyirtkələrinə qarşı dövlət tərəfindən aparılan operativ və səmərəli mübarizəyə görə razılıq edirlər.//AzərTAc
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol