“Bunun mənə dəxli yoxdur...” – İsmayıl Ömərov

Beynəlxalq daşımaçılıqla məşğul olan “Blue Water Shipping Caspian Ltd” şirkəti İTV-ni məhkəməyə verib. Şirkət televiziyada gördüyü işin müqabilində pul tələb edir.
İTV isə bunun İsmayıl Ömərovun vaxtında baş verdiyini deyib. “Məhkəmə prosesinin indiki rəhbərliklə heç bir əlaqəsi yoxdur. Bu hadisə 2012-ci ildə Bakıda keçirilən ”Avroviziya" mahnı müsabiqəsi ilə bağlıdır. O zaman İTV üzərinə bəzi öhdəliklər götürüb. Ancaq bunu yerinə yetirməyib. Hazırda işə məhkəmədə baxılır. Məhkəmənin verəcəyi qərara əsasən işimizi görəcəyik",- deyə bildirilib.İsmayıl Ömərov məsələyə münasibət bildirib. O, publika.az-a açıqlamasında “Bunun mənə dəxli yoxdur, mənim rəhbərliyim dövründə belə şey olmayıb”,- deyə bildirib. İsmayıl Ömərov qeyd edib ki, o bu barədə daha danışmaq istəmir: “Müavinim hər şeyə aydınlıq gətirib. Onu deyə bilərəm ki, deyilənlərin mənə dəxli yoxdur”.//QafqazinfoOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























