Gəncədə təcili tibbi yardım avtomobili qəza törətdi, sürücüsü yaralandı

Gəncə şəhərində 103 təcili tibbi yardım maşını idarəetmədən çıxaraq ağaca çırpılıb.
Hadisə Gəncə şəhəri ərazisində qeydə alınıb. Təcili tibbi yardım maşının idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində, avtomobilin sürücüsü Samux rayon Zazalı kənd sakini, 1972-ci il təvəllüdlü V. Süleymanov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Qəza zamanı avtomobildə xəstə olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























