AQTA-da yeni TƏYİNATLAR

Azərbaycan Qida Təhlükısizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə bir sıra kadr dəyişiklikləri həyata keçirilib.
AQTA-dan verilən xəbərə görə, Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Əkbər Zamiq oğlu Əliyev vəzifəsindən azad olunaraq Daxili nəzarət və regional bölmələrlə iş sektorunun baş məsləhətçisi vəzifəsinə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun "Analitik Ekspertiza Mərkəzi" departamentinin müdiri Fərid İsgəndər oğlu Əliyev Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri, Qida zəncirinə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Şəhla Natiq qızı Yusifzadə isə Agentliyin Bakı Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib.
Müvafiq əmrə əsasən Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdir müavini Nərminə Nəcəf qızı Şabanovaya həmin şöbənin müdiri vəzifəsinin icrası həvalə olunub. Həyata keçirilən kadr islahatları çərçivəsində Agentliyin Bakı Regional bölməsinin rəis müavini Elçin Xurşud oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























