Ukraynadan təxliyə olunan, COVID-ə yoluxan qadının uşağı doğuldu

Ukraynadan Azərbaycana təxliyə olunan və COVID-19-a yoluxan hamilə vaxtından əvvəl körpə dünyaya gətirib, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Mərkəzin mama-ginekoloqu Şölə Səfərova bildirib ki, hamilə qadının əməliyyatı riskli olsa da, onu və körpəsini həyata qaytarmaq mümkün olub.
O qeyd edib ki, hamiləliyinin 38-ci həftəsində ağır dərəcəli preeklamsiya (hamiləlik patalogiyası, arterial təzyiqin yüksəlməsi, proteinuriya və ödəmlərin olması), uşaqlığında çapıq (konservativ miomektomiya əməliyyatından sonrakı vəziyyət) olan hamilə qadında həmçinin döl qişalarının vaxtından əvvəl cırılması da müşahidə edilirdi.
"Əməliyyat riskli olsa da qadının və körpənin həyatını xilas etməyi bacardıq. 3500 qram çəkidə doğulan körpə qız idi. Daha sonra ananın vəziyyəti ilə bağlı narahatlıqlar davam etdiyi üçün həkim nəzarətinə götürüldü. Artıq hər ikisi yaxşıdır və bu səbəbdən də evə buraxılırlar”, o bildirib.
37 yaşlı qadın martın 17-də KTM-ə yerləşdirilib. 24 saat ərzində ananın və uşağın həyatı üçün yaranmış təhlükə aradan qalxmadığından vaxtından əvvəl doğuşa qərar verilib və qadın təcili əməliyyata götürülüb.
Ailənin bütün xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























