• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “A4” bahalaşdı

Azərbaycanda “A4” bahalaşdı
29.03.2022 12:17
Bir neçə gündür Azərbaycanda A4 formatlı kağızın qiyməti qalxıb. Əvvəllər bir bağlaması 4,5 manata satılan kağız hazırda mağazalarda 9-10 manatadır, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 


Dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan bir çox yerdə sözügedən kağızlar yoxa çıxıb, olanlar isə qiyməti ikiqat artırıb. Həmçinin əvvəllər bir ədədi 50 qəpiyə satılan A3 formatlı kağız da iki dəfə bahalaşaraq 1 manata satılır. 

İddia olunur ki, sözügedən kağızının qiymətinin artması, yerli istehsalın olmaması, onun Rusiyadan gətirilməsi ilə əlaqədardır. Belə ki, Rusiyada kağız istehsal edən müəssisə kimyəvi xammalın bir hissəsini Almaniyadan idxal edir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra isə Almaniya hökuməti ixracı dayandırıb. Nəticədə Azərbaycana da kağızın ixracı dayanıb. 

Kağız idxalçıları bildirirlər ki, hazırda ölkənin bu məhsula olan tələbatını Çin, Hindistan və ya Portuqaliyadan alınan məhsulla ödəmək olar. Ən asan yol isə Çindən idxaldır ki, bu da an azı bir neçə ay zaman və əlavə xərc tələb edir. 

Ötən həftədən etibarən Rusiya bazarında da sözügedən kağız formasının qiymətinin 5 dəfəyədək yüksəlməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, təxminən bir ay əvvəl 500 vərəqlik A4 kağızı 300 rubla satılırdısa, hazırda 1000-2000 rubla satılır. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol