• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsində almaniyalı beynəlxalq hüquq mütəxəssisi ilə görüş olub

Dövlət Komitəsində almaniyalı beynəlxalq hüquq mütəxəssisi ilə görüş olub
29.03.2022 20:30
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniyanın  Bohum Universitetinin Sülhün Tədqiqi və Beynəlxalq Humanitar Hüquq İnstitutunun professoru Hans Yoahim Hainze ilə görüş olub.
 
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial siyasətin prioritetlərindən biri kimi qaçqınlara və məcburi köçkünlərə daim qayğı göstərildiyini, bu kateqoriyadan olan insanların problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyini qeyd edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev torpaqlarımızın işğaldan azad olunmasından sonra yaranmış situasiya haqqında qonağa ətraflı məlumat verib. Eyni zamanda, almaniyalı alimin Azərbaycan haqqında tədqiqatlarının və çap olunmuş əsərlərinin Cənubi Qafqaz regionundakı vəziyyət barədə həqiqətlərin dünya birliyinə çatdırılmasında əhəmiyyətli rol oynadığı vurğulanıb.
 
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurda qayıdışı və reinteqrasiya prosesi, bununla əlaqədar qarşıya çıxan hüquqi məsələlər və mövcud qanunvericiliyin beynəlxalq normalar əsasında təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə görüşdə geniş fikir mübadiləsi aparılıb.
 
Səmimi qəbula və maraqlı söhbətə görə minnətdarlıq bildirən H.Y.Hainze ölkəmizə postmünaqişə dövrünün çağırışları və işğalın hüquqi nəticələrinə dair tədqiqatlar aparmaq üçün gəldiyini, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında bu təqdiqatların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 
Görüşdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, sədrin müşaviri Nəsimi Nərimanov, Hüquq və kadrlar şöbəsinin müdiri Ziya Məmmədov, Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev və "Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev iştirak edib.
 
Professor H.Y.Hainze, eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyinin nəzdində Alman Diplomatik Akademiyasının məruzəçisidir. Onun Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı monoqrafiyası 2016-cı ildə alman dilində, BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə dair hüquqi rəyi 2020-ci ildə ingilis dilində nəşr edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol