Azərbaycana 13000 elektrik maşını gətirilib

2022-ci ildə Azərbaycana 13000 elektrik maşını gətirilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1183 maşın çoxdur. Bunu "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında Dövlət Gömrük Komitəsinin rəsmisi Tarıyel Alverdiyev bildirib.
O bildirib ki, idxal olunan maşınlardan 12000-i hibrit avtomonillərin payına düşür.
Cari ilin yanvarın birindən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























