Azərbaycan neçə ölkənin seysmoloji mərkəzi ilə əməkdaşlıq edir?

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) hazırda 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlığı var, bunu qurumun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.
O deyib ki, mərkəz beynəlxalq əməkdaşlıq məsələlərinə hər zaman xüsusi önəm verir.
"Bu əməkdaşlıqlar həm ikitərəfli, həm də beynəlxalq layihələr çərçivəsində aparılır. Ötən il mərkəz tərəfindən elmi əməkdaşlıq sahəsində bir sıra önəmli sənədlərin imzalanıb",- o bildirib.
Onun sözlərinə görə, Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və Böyük Britaniyanın Oksford Universiteti ilə əldə olunan razılaşmalar gələcəkdə birgə tədqiqatların aparılması üçün böyük əhəmiyyət kəsb edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























