Ramazan ayı üçün fitrə zəkatının məbləği nə qədərdir?

Azərbaycanda bu il üçün Ramazan ayının son günündə veriləcək fitrə zəkatının məbləği açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayı ilə bağlı qəbul etdiyi fətvada bildirilib ki, oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.
Qeyd olunub ki, Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























