Azərbaycanda şam ağacları niyə quruyub?

Azərbaycanda şam ağaclarının kütləvi şəkildə qurumasının səbəbləri açıqlanıb.
Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev bildirib ki, iynəyarpaqlı ağacların quruması digər dövlətlərdə də qeydə alınır.
"Azərbaycanda son üç ildə, xüsusilə də Bakı və Abşeronda həmin ağacların quruma halları müşahidə edilir. Yerli və xarici ekspertlərin iştirakı ilə həmin ərazilərə baxış keçirilib. Şam ağaclarının quruma səbəbləri araşdırılıb. Nəticədə məlum olub ki, qurumaya səbəb bitkilərin son illərdə quraqlıq stresi yaşamasıdır. Quraqlıq stresi keçirən şam ağacları müxtəlif zərərvericilərə yoluxurlar. Bu halda bitkilərin həyati qabiliyyəti aşağı düşür. Bu özünü daha çox yaşlı ağaclarda büruzə verir”, o bildirib.
O xatırladıb ki, Bakıda keçən əsrin 60-70-ci illərində kütləvi şam ağaclarının əkini olub.
"Bu ağacları zərərli qabıqyeyən böcəklər yeyib. Bilirik ki, şam ağacı qətran ifraz edir. Həyati qabiliyyəti aşağı olan ağaclar qətran ifraz etmədiyindən qabıqyeyən böcəklər oduncağa daxil olur. Ağacı zədələdikdən sonra maddələr mübadiləsi pozulur və quruyur. Üç-dörd həftə ərzində kütləvi quruma halı baş verir. Bu halın qarşısını almağın ən düzgün yolu düzgün qulluq qaydasıdır. Nəzərə alsaq ki, son illər ölkədə yağıntılar çox az oldu. Yağıntıların qeyri-düzgün paylanması ağacların quraqlıqdan zərər çəkməsinə səbəb olub”, o deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























