• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi hissə nizamnamə ilə yox, meşə qanunları ilə idarə olunur- Jurnalist əsgər- YENİLƏNİB

Hərbi hissə nizamnamə ilə yox, meşə qanunları ilə idarə olunur- Jurnalist əsgər- YENİLƏNİB
30.03.2022 14:23
Jurnalist Fərid İsmayılov öz facebook sosial şəbəkəsində xidmət etdiyi hərbi hissənin Silahlı Qüvvələrin Hərbi Nizamnaməsi ilə yox, meşə qanunları ilə idarə olunduğunu bildirib.
 
O bildirib ki, xidmət etdiyi hərbi hissə bir generator, içməli su, qida problemini aylardır həll edə bilmir.
 
"Hərbi hissə rəhbərliyi rahat kreslolarda, əsgər isə zülm içində yaşayır. Başları rüşvət, korrupsiyaya qarışıb. Pul almadıqları əsgərlər postlarda, pul verməyən əsgərlər ac-susuz, problemlərlə düşmənlə üz-üzə dayanır. 3 gün bundan öncə kartof oğrusunu hərbi polis özü tutur, amma posta 1 kq kartofu hərbi hissə rəhbərliyi günlərlə göndərmir. Təsəvvür edin ki, çavuş heyəti öz maaşından əsgərlər üçün qida alıb gətirir ki, xəstəlik yaranmasın. Hərbi hissə rəhbərliyi də gəlib utanmaz-utanmaz əsgərə ağıl öyrədir. Odun göndərmir, amma əsgər, çavuş heyəti minalanmış ərazidən odun toplayır. Bölməmin komandiri yuxarı komandanlığa problemləri, onların həll yollarını çatdırır, fayda isə yoxdur! Hərbi hissə rəhbərliyi yerdəyişmə aylarında puldan yığır, genəlir, "Azərbaycan Ordusu” qəzeti də düşməni tənqid edir. Ölün yerə girin”.
 
 
"9 aydır ki, hərbi xidmətdəyəm.  Qarşılaşdığım problemlə bağlı nə vaxt yazıramsa, xidmət etdiyim bölmənin komandiri, münasibətim olan zabit heyəti danlanılır. Əminəm ki, növbəti dəfə də belə olacaq, amma buna da məcburam.
 

Fərid  İsmayılov 9 ay hərbi xiddmətdə olduğu dövrdə sağlamlığında ciddi problemlərə görə müraciət edib cavab almadığına görə daha bu bununla bağlı heç kimə müraciət etmədiyini də yazır.
 
"Bütün əsəb-sinir sistemim pozulub, sağlamlığımda yaranmış hər hansı problemə görə heç kimə müraciət etmirəm, etmirəm ki, əsəblərim daha da pozulacaq. Bu problemləri bilən başqa kimsə yoxdurmu? Var, kifayət qədər. Məzuniyyətdə olduğum müddətdə mənimlə əlaqə saxlayan Dövlət Təhlükəsizliyi Xidməti, Hərbi Prokurorluq, Müdafiə Nazirliyinin əməkdaşlarına onlarla problemi qeyd etdim, 1 ay müddətində heç biri də həllini tapmadı..." jurnalist qeyd edib.

Müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçunun sosial şəbəkələr vasitəsilə müraciətinə cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar.
 

"Hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir. Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir  və belə addımları yolverilməz hesab edirik-deyə əlavə edib.

 

Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol