Azərbaycanlı gənc “Google”da işə qəbul olunub

Azərbaycanlı gənc Rəhim Rəhimli dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkəti "Google”da işə qəbul olunub.
Rəhim Rəhimli Bakı Ali Neft Məktəbinin məzunu olub.
O, 2013-cü ildə 680 balla BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsü olub. Rəhim Rəhimli Ali Məktəbi 2018-ci ildə Fərqlənmə diplomu ilə və ixtisas birincisi olaraq bitirib.
"Google” dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli şirkətdir. "Google” internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı, onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini "AdWords” proqramı ilə reklamlardan əldə edir. Şirkətin yaradılmasında məqsəd dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etmək olub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib