Lvovda 50 çarpayılıq səhra xəstəxanası yerləşdirilib

Hollandiya tərəfindən verilən 50 çarpayılıq daha bir səhra xəstəxanası Lvov bölgəsində yerləşdirilib.
Bu, digər ölkələr tərəfindən Ukraynaya köçürülən üçüncü səhra xəstəxanasıdır.
Lvov Vilayət Administrasiyasının sədri Maksim Kozitskinin sözlərinə görə, xəstəxanada əməliyyat otağı, reanimasiya çarpayıları, reanimasiya şöbəsi, rentgen diaqnostikası, qan bankı olan klinik laboratoriya var.
Xəstəxana mərkəzi enerji təchizatının tamamilə dayandırılması şəraitində də işləyə bilər.
"Məlum səbəblərə görə xəstəxananın harada qurulduğunu deməyəcəyəm. Müharibə ilə əlaqədar Ukraynanın digər bölgələrindəki evlərini tərk etməyə məcbur olan həkimlər burada çalışacaqlar", - Kozitski deyib.(BBC)
www.anews.az

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib