Quru sərhədlərin açılmaması turizmin inkişafına necə təsir edəcək?

COVİD-19 pandemiyasından sonra Azərbaycandan bir çox ölkələrə təyyarə reysləri açılsa da ölkənin quru sərhədləri hələ də bağlıdır. Belə ki, Operativ Qərargahın qərarına əsasən martın 6-dan Azərbaycanda karantin rejimi yumşaldılsa da quru sərhədlər açılmayıb. Azərbaycanın 3 ölkə ilə - İran, Gürcüstan və Rusiya ilə quru sərhədi var. İran, Gürcüstan və Rusiyaya insanlar yalnız təyyarə ilə gedə bilirlər. Bu Azərbaycanda turizmin inkişafına necə təsir edəcək?
Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanın quru sərhələrinin açılmamasının tərəfdarıdır.
Hazırda gündəlik statistikaya nəzər salsaq, koronavirus xəstələrinin sayı azalsa da biz birdən-birə sərhədləri açıb risk edə bilmərik. Ona görə düşünürəm ki, Operativ Qərargah lazımi qərarları yaxın zamanlarda verəcək. Eyni zamanda Çində yeni virus aşkarlanıb", - deputat bildirib.
Deputat Vüqar Bayramlı isə quru sərhədlərin açılması ilə bağlı hökumətə artıq təkliflərin göndərildiyini bildirdi.
"Bu həm də real sektorun inkişafı baxımından vacibdir. Xüsusilə də ölkəyə gələn turistlərin sayını artıra bilər. Statiskaya nəzər salsaq ölkəyə gələn turistlərin 60% faiz qonşu ölkələrdən gələnlərdir. Bu məsələyə Operativ Qərargah tərəfindən baxılmalıdır", - o əlavə edib.
Dövlət Turizm Agentliyindən bildirilir ki, xüsusi karantin rejiminin davam etməsinə baxmayaraq, ötən ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarına əsasən hava yolu ilə vətəndaşlarının Azərbaycana gəlməsinə icazə verilən ölkələrin sayı artmaqdadır.
"Turizm sənayesinin 2021-ci ildən başlayan bərpa dövrü daha da sürətlənəcək. Statistika da belə düşünməyə əsas verir. Belə ki, 2022-ci ilin yanvar statistikasına baxsaq, ölkəmizə 74 mindən çox əcnəbi səyahət edib. Bu, ötən ilin yanvarı ilə müqayisədə 5% çoxdur", - Dövlət Turizm Agentliyindən Anews.az-a daxil olan açıqlamada bildirilib. .
Agentliyin məlumatına görə, hazırda 87 ölkənin vətəndaşı tam vaksinasiya olunması barədə rəsmi sənəd, həmçinin PCR testin nəticəsini təqdim etməklə Azərbaycana gələ bilərlər. Ümumilikdə, 2022-ci ilin sonunda ötən illə müqayisədə turistlərin sayının təxminən 50% artacağı proqnozlaşdırılır. Ölkənin quru sərhədlərinin açılması turizmin bərpası prosesinin sürətləndirəcək", - agentlik bildirib.
Aytac Zeynalova
İSTİQAMƏT:6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























