• $
  • €
  • ₽
  • ₺
  • £

Cəriməsi səhvən türkiyəli qadına yazılan “Range Rover”in bakılı sahibi danışdı

Cəriməsi səhvən türkiyəli qadına yazılan “Range Rover”in bakılı sahibi danışdı
30.03.2022 16:23
Türkiyədə 10-EE-111 Azərbaycan seriyalı avtomobilə yazılmalı olan cərimə səhvən eyni seriyalı traktoru idarə edən Əminə Tüzünə yazılıb. Mediada sözügedən hadisə ilə bağlı məlumat yayıldıqdan sonra Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Nəticədə məlum olub ki, cərimələnməli olan nəqliyyat vasitəsi 10-EE-111 Azərbaycan qeydiyyat nömrə nişanlı avtomobildir.

Həm avtomobilin, həm də traktorun nömrə nişanı eyni olduğundan cərimə səhvən qadına kəsilib. Daha sonra həmin cərimə ləğv olunub.

Yol hərəkəti qaydalarını pozan şəxsin Binəqədi rayon sakini Eldəniz Həsənov olduğu, əvvəllər 10-EE-111 dövlət nömrə nişanının "Range Rover” markalı avtomobildə olduğu, hazırda isə "BMW 430” markalı maşında istifadə edildiyi bəlli olub.

"Qafqazinfo” sözügedən avtomobilin sahibi Eldəniz Həsənovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında problemin kameranın cəriməni yanlış şəxsə göndərməsindən qaynaqlandığını bildirib:

"Mən Türkiyədə həmişə Azərbaycan nömrəsi ilə avtomobil idarə etmişəm. Sadəcə məlumatı şişirdiblər. Mənə cərimə gələndə heç vaxt saxlamıram, ödəyirəm. Çünki maşını belə sürməyə icazə vermirlər. Türkiyə saytları reytinq üçün bunu xəbər ediblər. Bu, Türkiyə polisinin səhvi deyil. Çox güman ki, şəhər kameralarının səhvidir. Yəqin ki, mən qaydanı pozanda kamera avtomatik olaraq mənim nömrəmi çəkib eyni nömrəli Türkiyə nömrəsinə göndərib. Bir sözlə, kameranın problemidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol