Daha bir məşhur brend Rusiyada fəaliyyətini dayandırır

Danimarkanın məşhur mebel pərakəndə satış şirkəti olan JYSK Rusiyanı tamamilə tərk edir, bu barədə şirkət açıqlama yayaraq bildirib.
Bildirilib ki, 4 həftəlik müvəqqqəti bağlanmadan sonra şirkət fəaliyyətini tamailə dayandırır.
Martın 31-dən etibarən Rusiyadakı JYSK mağazaları satış həyata keçirmək üçün müvəqqəti olaraq açılacaq. Məhsullar satıldıqdan sonra mağazalar həmişəlik bağlanacaq.
"JYSK işçiləri bağlanmanın bir hissəsi olaraq yerli qaydalara uyğun olaraq əmək haqqı alacaqlar" deyə məlumatda əlavə edilib.
Rusiyanın Ukraynada fevralın 24-dən hərbi əməliyyatlar keçirtməsindən sonra dünyaca bir çox brend mağazalar və şəbəkələr Rusiyadakı fəaliyyətini birdəfəlik dayandırıb.(unian)
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























