AXCP fəalı Şahin Hacıyevə 7 il 6 ay həbs istənildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Şahin Hacıyevə 7 il 6 ay həbs istənilib. Bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı tələb irəli sürüb.
www.anews.az
Məhkəmə sabah, martın 31-də müdafiə tərəfinin çıxışı ilə davam edəcək.
Şahin Hacıyev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham olunur.
"Hacıyevi saxlayandan sonra heç bir ekspertiza aparılmayıb, işə saxta rəy əlavə edilib. Yazıblar ki, məhkəmə-narkoloji ekspertizasının 29 noyabr tarixli rəyinə əsasən, Hacıyev heroindən sui-istifadə nəticəsində narkomaniyadan əziyyət çəkir. Lakin noyabrın 29-da heç bir narkoloji ekspetiza keçirilməyib. Şahin heç vaxt siqaret və spirtli içki istifadəçisi olmayıb,” onun vəkili Zabil Qəhrəmanov qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildirilib ki, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları ilə bağlıdır.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























