• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclər və İdman Nazirliyi 19 federasiyanın statusunu dayandırıb

Gənclər və İdman Nazirliyi 19 federasiyanın statusunu dayandırıb
31.03.2022 12:26
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.


Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə əsasən, mart ayı ərzində keçirilmiş bir sıra tədbirlərin hesabatı və müvafiq qərarlar qəbul edilib.


İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.


Kollegiyanın qərarına əsasən, "Azərbaycan Üzgüçülük Federasiyası” İB, "Azərbaycan Velosiped İdmanı Federasiyası” İB, "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İB, "Azərbaycan Respublikası Həndbol Federasiyası İB, "Azərbaycan Boks Federasiyası” İB, "Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası İB akkreditasiyaları təsdiqlənib.


Bundan başqa, "WKC növləri üzrə Azərbaycan Karate Federasiyası” İB, "Şito-Ryu Karate-Do Federasiyası” İB, "Azərbaycan Coriyo Kunq-Fu Federasiyası” İB, "Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası” İB, "Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası” İB, "Azərbaycan Skayraninq Federasiyası” İB, "Azərbaycan Boulinq İdman Federasiyası” İB, "Azərbaycan Respublikası Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası” İB, "Azərbaycan Aykido Federasiyası” İB, "Azərbaycan Dama Federasiyası” İB, "Alpinizm Federasiyası” İB, "Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası” İB, "Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası” İB və "Budo Döyüş Növləri Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.


Bir-neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 17-yə çatıb. Ümumilikdə, 19 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol