• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada oxuyan azərbaycanlılara Azərbaycanda iş verilmir

Rusiyada oxuyan azərbaycanlılara Azərbaycanda iş verilmir
08.04.2022 10:31
Rusiyada 7 il tibb təhsili alan şəxs Azərbaycanda həkim işləyə bilmir, bunu Anews.az-a müsahibəsində uroloq cərrah Ənvər Məmmədov bildirib.
 
Ənvər Məmmədov, daxil olmaqla 30-dan çox şəxs Rusiyada tibb təhsil alıb. Daha sonra istədikləri sahə üzrə 2 il ərzində ixtisaslaşıb. Azərbaycana gəldikdə isə məlum olub ki, onların diplomları tanınmır. 
 
Məmmədov bildirir ki, onlar dəfələrlə problemlərini dilə gətirsələr də, bu məsələ həllini tapmır.
 
"Rusiyanın dövlət universitetində 5 il oxuduqdan sonra urologiya üzrə ixtisaslaşdım. Qısa iş təcrübəm də var. Mənimlə yanaşı 30-35 həkim də Rusiyada oxuyub. Həmin həkimlər arasında 10 illik iş təcrübəsi olanlar da var. Lakin heç birimiz iş tapa bilmirik. Əvvəlcə, deyildi ki, rəsmi müraciət edin. 5-6 il qabaq müraciət edən həmkarlarımın şikayətinə baxılmır. Biz 3 təklif vermişdik. Birincisi, rezidenturanın qalan hissəsini burada oxuyaq, lakin imtahansız qəbul edilək. Digər təklif bizi həkimə ehtiyacı olan ucqar bölgələrə göndərsinlər.  Sonuncu təklif isə imtahan verib, işə qəbul etmələridir.  Amma təkliflərimiz qulaqardına vuruldu", - o əlavə bildirib.  
 
Sözügedən həkimlər cari ilin 30 martında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar iş ilə təmin olunmağı tələb edib. Səhiyyə Nazirliyi xarici ölkələrdə klinik ordinatura və internatura təhsili alan bir qrup həkimin etiraz aksiyasına münasibət bildirilib.
 
"Həmin şəxslər qəbul edilib, onların müraciətləri dinlənilib. Müraciət həmin həkimlərin aldıqları klinik ordinatura və internatura təhsilinə əsasən tibb fəaliyyəti ilə məşğul olmalarına icazə verilməsi ilə bağlı olub. Bildirilib ki, Səhiyyə Nazirliyi məsələnin tənzimlənməsi üçün normativ hüquqi akt layihəsi hazırlayıb və razılaşdırılması üçün Təhsil Nazirliyinə təqdim edib. Müraciət edən həkimləri prosesin gedişatı ilə mütəmadi olaraq məlumatlandırmaq üçün əlaqə nömrələri götürülüb. Hər bir mərhələ barədə onlarla əlaqə saxlanılacaq", - nazirlikdən qeyd olunub.
 
Təhsil ekserti Kamran Əsədovun sözlərinə görə, şikayət edən tələbələrin rezidentura təhsillərinin tanınmaması normaldır, çünki Rusiya ilə müqayisədə Azərbaycanda bu pillənin tədris müddəti uzundur. 
 
"Azərbaycanda ali təhsil müəssiələrinə qəbul zamanı rezidenturaya qəbulun xüsusi imtahanları var. Xarici ölkələrdə rezidentura pilləsinə qəbul olanlar müvafiq qanunvericiliyə uyğun təhsil alır. lakin Azərbaycanda bu təhsilin tanınmasının xüsusi qaydası var. Bu səbəbdən normaldır ki, həmin tələbələrin diplomu Azərbaycanda tanınmasın. Çünki onların təhsil müddəti bizim normativ aktlarda nəzərdə tutulduğundan  fərqlidir. Həmin şəxslər rezidenturanın davamını da ölkədə oxuya bilməz, tək çıxış yolu yenidən rezidentura təhsili almaqdır", - Əsədov bildirib. 
 
Təhsil eksperti Elçin Əfəndi isə deyir ki, sözügedən şəxslər diplomlarının tanınmamasını qanunsuz hesab edirsə, bununla bağlı məhkəməyə müraciət hüququna malikdirlər. 
 
"Xarici dövlətdə əldə edilmiş kvalifikasiyanın tanınması Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Əvvəlcə ora müraciət edilsin. Səhiyyə Nazirliyi ilə əlaqə saxlansın. Əgər heç birindən detallı cavab verilməsə ərizə ilə məhkəməyə müraciət edilsin", - ekspert söyləyib. 
 
Şikayətçilərin vəkili məsələ barədə yaxın zamanda açıqlama verəcəyini bildirdi. 

Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır və burada təhsil dövlət təhsil standartı və proqramına uyğun hazırlanmış tibb təhsili proqramları əsasında Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır. Rezidenturada baza ali təhsili olan Azərbaycan vətəndaşları və əcnəbilər təhsil ala bilərlər. Rezidenturanı bitirən şəxslərə ixtisası üzrə "həkim- mütəxəssis” ali peşə-ixtisas dərəcəsi verilir.

Azərbaycan vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim- mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir. Rezidenturada təhsil alanlar attestasiyadan keçmədikdə, rezidenturadan xaric edilirlər. Təhsil müddəti başa çatdıqda, rezidenturada təhsil alan həkimlərin yekun attestasiyası Səhiyyə Nazirliyinin təsdiq etdiyi attestasiya komissiyası tərəfindən ali təhsil müəssisəsində aparılır. Rezidenturanı müvəffəqiyyətlə bitirənlərə müvafiq dövlət nümunəli diplom verilir.
 
Ləman Qasımova


Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol