• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsu"yun əməkdaşları silahla təhdid edildi

"Azərsu"yun əməkdaşları silahla təhdid edildi
31.03.2022 16:56
"Azərsu" ASC-nin "Abşeron Sukanal” İdarəsinin əməkdaşları odlu silahla təhdid edilib.

Bu barədə qurumdan bildirilib.

Hadisə 28 may qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbəsin Paralellər adlanan küçəsində su idarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Zülfüqar Mehdiyevə məxsus fərdi yaşayış evinin həyətində su çəninin dolub daşdığı, israfçılığa yol verildiyi, ev sahibinin isə buna heç bir reaksiya vermədiyini görüblər. Su israfının qarşısını almaq məqsədilə mənzil sahibindən tədbir görülməsini xahiş edən əməkdaşlar fərdi yaşayış evinin su təchizatı sisteminə baxış keçirmək istədikdə vətəndaşın kobud rəftarı və təhqirləri ilə üzləşiblər. Sonra Z.Mehdiyev odlu silahla (ov tüfəngi) idarənin əməkdaşlarını təhdid edib, ardınca hüquq-mühafizə orqanlarına müraciət edərək təzyiqlərə məruz qalması barədə yalan məlumatlar verib.

Hadisə ilə əlaqədar "Abşeron Sukanal” İdarəsi hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib. Əraziyə gələn daxili işlər orqanlarının əməkdaşları Z.Mehdiyevi və idarənin əməkdaşlarını araşdırma aparılması üçün polis bölməsinə dəvət ediblər.

"Qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. Bununla bağlı mütəmadi maarifləndirmə tədbirləri aparılır, fərdi su xətlərində və çənlərində axıntı olan abunəçilərdən nasazlıqların aradan qaldırılması tələb olunur, uçotsuz və sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbirlər görülür. Abonentlər su israfının qarşısının alınması məqsədilə xəbərdarlıq və tövsiyələri anlayışla qarşılamalı, bu işi yerinə yetirən "Azərsu” əməkdaşlarına qarşı kobud rəftar etməməlidirlər. Xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə, hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə səhmdar cəmiyyəti bəyan edib.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol