Azərbaycanda 500 mindən çox ekologiyaya zərərli maşın var -Eyyub Əliyev

«Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) hələ 2018-ci ildə ölkədə istismar olunan avtomobil parkının vəziyyətini və hər il külli miqdarda idxal olunan yararsız və təhlükəli nəqliyyat vasitələrinin tərkibini ciddi araşdırmış və həyəcan təbili vurmağa başlayıb. Bu sözləri "Ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda keçirilən mətbuat konfransında AADA-nın nümayəndəsi Eyyub Əliyev deyib.
" AADA sıralarında 40-dan çox xarici avtomobil markasının rəsmi idxalçılarını və eləcə də yerli avtomobil istehsalçılarını birləşdirir. Assosiasiyanın analitik mərkəzi son illər avtomobil idxalını və satışlarını nizamlayan qanun və normativ aktlarda baş vermiş dəyişikliklər və bu dəyişikliklərin rəsmi avto-dilerlərin fəaliyyətinə, ümumilikdə avtomobil sektoruna təsirini öyrənmiş, yaranmış durumdan çıxış yollarını aramış, təhlükəsiz yollara, təmiz ətraf mühitə nail olmaq məqsədilə bir sıra təkliflər paketi hazırlamış, AR Nazirlər Kabinetinə və aidiyyatlı Qeyri-Hökümət Təşkilatlarına təqdim etmiş, müvafiq görüşlər və müzakirələr keçirmiş, KİV-lər vasitəsilə cəmiyyətə hesabatlar verib.2010-cu illərin əvvəlində banklar tərəfindən verilimiş problemli avto-kreditlərin sayının kəskin artması səbəbindən 2014-cü ilin fevral ayında bu tipli kreditləşməyə məhdudiyyətlər tətbiq ediib. İlkin ödəniş həcmi avtomobiin dəyərinin 40-50 faizinə yüksəlib və nəticədə yeni avtomobillərin satışında ciddi azalma baş verib",deyə Əliyev bildirib.
AADA nümayəndəsi 2015-ci qlobal iqtisadiyyatın Azərbaycandan yan keçmədiyi qeyd edib.
"2015-ci ilin yanvar və dekabr aylarında baş verən 2 devalvasiya xaricdən idxal olunan bütün malların, eləcə də avtomobillərin qiymətinin milli valyutada 2 dəfədən artıq qalxması ilə nəticələnib.Yeni avtomobillərin satışına zərbə vuran digər amillər: 2015-ci və 2017-ci illərdə tətbiq olunmuş yeni aksiz vergiləri, 2018-ci ilin yanvar ayında yeni gömrük rüsumu və 2019-cu ilin yanvar ayında daha bir yeni aksiz vergisi oldu. Nəticədə təzə modellərin qiyməti əhalinin əksəriyyəti üçün əlçatmaz səviyyəyə qalxıb. Daha sonra baş vermiş Covid-19 pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər rəsmi avtomobil bazarında vəziyyəti son dərəcə çətinləşdirib.
Qeyd oilunan səbəblərdən ölkəyə yeni avtomobillərin idxalı və satışı kəskin şəkildə azalmış, köhnə avtomobillərin ümumi idxalda və satışda payı dəfələrlə arrıb. Ölkə minik avtomobili parkının vəziyyəti artıq çox ciddi narahatçılıq doğurur: təxminən 900 min minik avtomobilinin yaşı (ölkə avtoparkının 77%) 10 ildən yuxarıdır. Ümumilikdə ölkə parkında 100 mindən artıq yaşı 40 il və daha yuxarı, 125 mindən artıq yaşı 30-dan yuxarı, 300 mindən artıq yaşı 20-dən yuxarı müxtəlif tip avtomobil var ki, bu da ölkə avtoparkında toplam olaraq 500 mindən çox istismarı təhlükəli və ekologiyaya zərərli avtomobil olduğunu göstərir", nümayəndə əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























