Gözdən əlil vətəndaşın müavinatı niyə ödənilmir? - ŞİKAYƏT

Etibar Şəmilov ikinci qrup gözdən əlildir. O, Ağstafa rayonu Dağ Kəsəmən kənd sakinidir. Anews.az a müsahibəsində o, bir ildən çoxdur ki, əlillik təqaüdünü
ala bilməməsindən şikayətlənir.
"Mən
gözdən ikinci qrup əliləm. Sol gözüm 0,5 metr, sağ gözüm isə 1,5 metr məsafəni görür. 20 ildən çoxdur ki, komissiyadan keçib pensiya alıram amma 1,4 ildir ki, pensiyamı kəsiblər. Sadəcə sənədi nazirliyə göndərirlər nazirlik isə geri
qaytarır ki, natamamdır, yenidən doldurulmadır”, - Şəmilov deyir.
Etibar Şəmilov ailəlidir və qardaşı vəfat edəndən sonra onun da ailəsini himayəsinə alıb. Onun
sözlərinə görə ailədə heç kim işləmədiyindən maddi vəziyyətləri yaxşı deyil.
"Ailəliyəm.Qardaşım
vəfat etdiyi üçün onun ailəsinə də mən baxıram. Amma ailə vəziyyətimiz bərbaddır. Ailədə
7 nəfərik və heç kim işləmir. Bircə anamın pensiyası ilə biz necə dolana bilərik?”, - Şəmilov sual edir.
Onun sözlərinə görə, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin qaynar xəttinə, rayon polis idarəsinə və icra hakimiyyətinə müraciət
etsə də onun problemi öz həllini tapmır.
"Dəfələrlə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə zəng edib şikayətimi
bildirsəm də operatorla sadəcə təkrarlayır ki, sizin sənəd nazirlikdən üç dəfə geri qaytarılıb. Nə üçün geri qaytarılmasına isə heç kim aydınlıq gətirmir. Həmçinin məsələ ilə bağlı rayon polis idarəsinə,prokurorluğa,
icra hakimiyyətinə getmişəm. Amma bir nəticə yoxdu”.
Məsələ
ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin
İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanovdan açıqlama aldıq.
Tural
Qurbanovun sözlərinə görə, Etibar Şəmilov əlilliyinin qiymətləndirilməsi tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında aparılıb.
Tural
Qubanov deyir ki, vətəndaşı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya
Agentliyinin tibbi sosial ekspert komissiyasının eksperti müayinə edərək qiymətləndirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























