• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti Zülfüqar Abbasov vəfat edib

Xalq artisti Zülfüqar Abbasov vəfat edib
01.04.2022 10:28
Xalq artisti Zülfüqar Abbasov vəfat edib.
 
Bu barədə Xalq artistinin yaxınları məlumat verib.
 
Bildirilib ki, o, uzun sürən xəstəlik səbəbindən 82 yaşında dünyasını dəyişib.
 
 Zülfiqar Abbasov 1940-cı il mayın 3-də Gürcüstan SSR-də Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olub. 1966-cı ildə Bakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. O, rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb.
 
O, təhsil illərində Tbilisidə İ.İsfahanlının rəhbərlik etdiyi dram dərnəyində çıxış edib. 1967–68-cı illər də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyət göstərmiş, burada "Solğun çiçəklər” (C.Cabbarlı; eyni zamanda Bəhram rolunu oynayıb), "Yağışdan çıxdıq, yağmura düşdük” (N.Vəzirov) və s. pyesləri tamaşaya qoyub. 1968-ci ildən (fasilələrlə) M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının rejissoru olub (1992-ci ildən həmçinin direktoru, 1999-cu ildən baş rejissor). "Hacı Qara” (M.F. Axundzadə), "Eşq və intiqam” (S.S. Axundov), "Müfəttiş”, "Evlənmə” (N.Qoqol), "Əliqulu evlənir” (S.Rəhman), "Cavanşir”, "Şeyx Şamil” (M.Hüseyn), "Mahnı dağlarda qaldı”, "Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), "Şeytan nəsli” (H.Muxtarov), "Dar ağacı” (B.Vahabzadə), "Ölülər” (C.Məmmədquluzadə), "Almaz”, "Solğun çiçəklər” (C.Cabbarlı), "Vaqif” (S.Vurğun), "Ayrılmaq anı” (M.Baycıyev) və s. əsərləri tamaşaya qoyub, aktyor kimi də çıxış edib. Müxtəlif ədəbi mənbələr əsasında yazdığı, həmçinin orijinal süjetli pyeslər yazıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol