• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı deputatlar oruc tutacaq?

Hansı deputatlar oruc tutacaq?
01.04.2022 11:30
Aprelin 2-dən Müqəddəs Ramazan ayı başlayır. Qafqaz Müsəlmanlar İdarəsinin verdiyi Fətvaya görə, Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcək.
 
Bakıvaxtı.az "oruc tutacaqsınızmı” sualı ilə deputatlar arasında sorğu keçirib.
 
Aqil Abbas: "Dinimi sevirəm, amma…”

 
 "Mən dinimi sevən adamam, Allaha, onun peyğəmbər və imamlarına inanan biriyəm. Lakin oruc tutmuram”.

Fazil Mustafa: "Oruc tutmaq insanın daxili məsələsidir”

 

"Əslində adətən bu suala cavab vermirəm. Çünki oruc tutmaq insanın daxili məsələsidir, onu xaricə göstərmək olmaz. Amma bu, insanlara maraqlı olduğu üçün deyim ki, müsəlman oruc tutmalıdır. Hər il olduğu kimi bu il də oruc tutacam”.

Arzu Nağıyev: "İş qrafikim oruc tutmağıma icazə vermir”


 "Mən oruc tutmayacam. Bu o demək deyil ki, mən dini inanclı deyiləm. Sadəcə olaraq, mənim iş qrafikim oruc tutmağıma icazə vermir. Çünki Tovuz-Gədəbəy ərazisinə getmək üçün 650 kilometrə yaxın yol qət edirəm. Yəni, ciddi bir problem də yoxdur, lakin hazırkı iş qrafikimlə əlaqədar çatdırıb oruc tuta bilmərəm. Mən 7 ilə yaxın oruc tutub, namaz qılmışam, amma bu il təəssüf ki, alınmayacaq”.

Cavanşir Paşazadə: "Qurani-Kərimin nazil olduğu Ramazan ayının fəzilətləri böyükdür”

 

"Müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan ayının fəzilətləri böyükdür. Hər il olduğu kimi, bu il də oruc tutacam. Müstəqillik illərindən əvvəl, Sovet hakimiyyəti dönəmində açıq şəkildə Ramazan bayramı qeyd olunmurdu. Ölkəmizdə Ramazan bayramının yüksək səviyyədə qeyd olunması unudulmaz şəxsiyyət Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Ulu Öndərin möhkəm təməl üzərində qurduğu ölkəmiz bütün sahələrdə yeni uğurlar qazanmaqdadır. Bu irəliləyişi təmin edən o nurlu yolun davamçısı Prezident İlham Əliyevdir. Bu illər ərzində ölkəmizdə aparılan davamlı quruculuq işlərinin bütün sahələr kimi, mənəviyyat sahəsini də əhatə etməsi məni və dindarları çox sevindirir. İlin çoxsaylı əlamətdar hadisələri sırasında məscid və ziyarətgahların dövlət başçısı və Heydər Əliyev Fondunun dəstəyi ilə təmir və bərpa işləri də durur. Biz artıq ikinci ildir ki, Ramazan ayını qalib ölkə kimi qeyd edirik. Arzu edirəm, bu mübarək günlərdə Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Allah tutulan oruc və qılınan namazlarımızı qəbul etsin!”

Tahir Kərimli: "Ola bilsin ki, ara günlərdə tutaram”

"Bizim həm ailə, həm də partiya üzvlərimiz arasında mütəmadi oruc tutanlar var. Yeri gəlmişkən, Ramazan ayının girməsi münasibəti ilə dindarlarımızı təbrik edirəm. Mən iki səbəbdən oruc tuta bilmirəm. Birincisi, səhhətimlə bağlıdır, əməliyyat olunmuşam. İkincisi isə iş qrafikim mənə oruc tutmağa icazə vermir. Ona görə də mütəmadi oruc tuta bilməyəcəm. Ola bilsin ki, ara günlərdə tutaram”.

Vahid Əhmədov: "Ad günündə oruc tutmazlar”

 

"Aprel ayının 2-də mənim doğum günümdür. Ad günündə oruc tutmazlar”.

Zahid Oruc: "Elə vaxt gələcək ki, mən də oruc tuta biləcəm”

 

"Gerçəkdən də bütün İslam dünyasında Ramazan ayının başlanması inanclı insanların oruc tutması uzun əsrlərdir ki, bu etiqada tapınan insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bu, öz-özlüyündə sadəcə mədəni ac saxlamaq hadisəsi deyil, daha artıq dərəcədə kasıbın ehtiyacının başa düşülməsidir. Orucluq cəmiyyətdə birlik, bərabərlik mühitinin bərqərar edilməsidir. Ən mühüm halda isə orucluq süfərnin bölüşdürülməsi, eyni zamanda bütövlükdə təmizlənmə, paklıq hadisəsidir. Parlament üzvü olduğumuza rəğmən, bu illər ərzində biz fərqli bir iş rejimi altındayıq. Mənə elə gəlir ki, bu, başadüşüləndir. Həm də bu, bir könül hadisəsidir, məcburiyyət, tələb səviyyəsində qəbul edilməməlidir. Mən daim yumoristik şəkildə soyadıma xitab edib "biz həmişə orucuq” deyirdim. Digər tərəfdən, biz yalnız bu bir ay müddətində deyil, bütün zamanlarda təmiz qalmağı bacarmalıyıq. Vaxtilə türk yazarlardan birinin sözünü sizin sorğunuz qarşısında səsləndirməyi özümə borc sayıram: "Həcc ziyarəti Məkkədən dönəndən, orucluq Ramazan bitəndən, namaz məsciddən çıxandan sonra başlayar”. Bu, çox anlamlı ifadədir. Yəni, əgər sən əməllərinə, qanunsuzluğuna 1 aydan sonra yenə qaldığın yerdən davam edəcəksənsə, heç həmin müddətdə də mənən təmizlənməmisən deməkdir. Mənim yanaşmam belədir. Mən oruc tutanların hamısına can sağlığı arzulayıram və dualarının qəbul olmasını diləyirəm. Özüm isə təəssüflə qeyd edirəm ki, bu il oruc tuta bilməyəcəm. Amma inanıram ki, elə vaxt gələcək ki, mən də oruc tuta biləcəm”.

Elman Məmmədov: "Həkim mənə oruc tutmağa icazə vermir”

 

"Mən səhhətimlə bağlı oruc tutmuram. Mənə həkim tərəfindən oruc olmağa icazə verilmir. Allah hamının orucunu qəbul etsin. Ramazan ayı, orucluq müqəddəs dinimizin şərtlərindən biridir. Bizim ailədə uşaqlarım, nəvələrim hər il oruc tutur”.

Razi Nurullayev: "İmkan olsa təyyarədə oruc tutacam”


 "Mən əsasən səhhətimlə bağlı olaraq, tam oruc tuta bilmirdim. Lakin bu il oruc tutmağı planlaşdırırdım. Bu gün səfərə çıxacam və aprelin 2-də ölkəyə dönüş edəcəm. Əgər imkan olsa təyyarədə, olmasa da sonradan orucun qəzasını tutacam”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol