Bəy və daha iki nəfər toy günü avtomobil qəzasında öldü

İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 11.00 radələrində, İmişli rayonunun Hacalmuradlı kəndi ərazisində Qızılkənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Qoşqar Nazim oğlunun idarə etdiyi “Mercedes” markalı, 90 FL 106 dövlət nömrə nişanlı avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü Q. Əhmədov, bu gün toyu olacaq bəy - Qızılkənd sakini, 1984-cü il təvəllüdlü Rzayev Yalçın İsrafil oğlu və Hacıalmuradlı kənd sakini, 1925-ci il təvəllüdlü Süleymanov Əvəz Naçi oğlu hadisə yerində dünyasını dəyişib. Bir nəfər sərnişin isə yüngül xəsarət alaraq İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır. Faktla bağlı cinayət işi açılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























