“Medistyle Hospital” yayılan məlumatları təkzib etdi

"Medistyle Hospital”ın dövlət vergi xidmətinə külli miqdarda borcu olması ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində məlumatlar yayılıb.
www.anews.az
İddia edilib ki, nizamnamə kapitalı 3 milyon 948 min 855 manat olan "Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 680 min 897 manat 51 qəpik borcu yaranıb.
"Medistyle Hospital” iddia ilə bağlı açıqlama yayıb
"Yayılan məlumatlar həqiqəti əks etdirmir. Çünki hospitalın Dövlət Vergi Xidmətinə borcu yoxdur. Xəstəxanamız hazırda da yüksək səviyyədə vətəndaş qəbulunu həyata keçirir. Heç bir şöbəmiz bağlanmayıb”.
Hospitaldan bildirilib ki, əsassız məlumat yayan şəxslərlə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























