• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici dillərdən Azərbaycan dilinə keçən sözlər necə yazılmalıdır?

Xarici dillərdən Azərbaycan dilinə keçən sözlər necə yazılmalıdır?
01.04.2022 16:32
"Xarici dillərdən Azərbaycan dilinə keçən sözlərin transliterasiya qaydaları hazırlanmayıb. Bu cür sözlərin hazırda Azərbaycan dilində necə yazılması ilə bağlı təsdiqlənmiş standartlar yoxdur. Çünki burada müxtəlif və qarışıq məsələlər mövcuddur".
 
Bunu  açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru İlham Tahirov deyib.
 
Onun sözlərinə görə, başqa dillərdən Azərbaycan dilinə keçən sözlərin hazırda yazdığımız forması təsdiqlənmiş standart deyil: "Bu, sadəcə olaraq indiyə qədər mövcud olmuş bir ənənədir. Misal üçün, indiyə qədər ənənə necə olubsa, ona uyğun olaraq, "New York" sözünü "Nyu-York", "Washington" sözünü isə "Vaşinqton" kimi yazmaq lazımdır. Ona görə də bu kimi sözlər standartlar hazırlanıb təsdiq olunana qədər ənənəyə uyğun formada yazılmalıdır".
 
Şöbə müdiri həmçinin qeyd edib ki, istənilən başqa dildən Azərbaycan dilinə keçən şəxs adlarının rəsmi təsdiq olunmuş şəkildə transliterasiya qaydaları yoxdur: "Amma ənənəvi qayda odur ki, xaricdən dilimizə keçən və ya istifadə olunan sözlər və adlar dilimizin qaydalarına uyğunlaşdırılmalıdır. Misal üçün, "Yıldırım" sözü "İldırım", "devlet" "dövlət" kimi yazılmalıdır. Xaricdən dilimizə keçən adlar dilimizə uyğunlaşdırılmış formada yazılmalıdır".
 
Filologiya üzrə elmlər doktoru bildirib ki, başqa dillərdən keçən sözlərin Azərbaycan dilində necə yazılması ilə bağlı standartlar hazırlanmalıdır: "Düşünürəm ki, növbəti mərhələdə bu məsələ üzərində də iş aparılmalıdır. Standartlar hazırlanacağı təqdirdə yekunda Nazirlər Kabinetə göndəriləcək".(Report)



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol