Şahbaz Quliyevi polis niyə saxlayıb?-AÇIQLAMA

7 il erməni əsirliyində qalan Şahbaz Quliyev bu gün Prezident Admistrasiyasının qarşısında etiraz edib və ərazidə olan polis əməkdaşları tərəfindən ərazi üzrə polis bölməsinə aparılıb.
O bildirib ki, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə dəfələrlə müraciət etməsinə baxmaraq ona nə veteranlıq,nə əlillik nə də pensiya təyin olunmur.
"Bir il yarımdır it zülmü çəkirəm. Bir balamı qoyub getmişəm. Bu gün hara müraciət etməyimə baxmayaraq mənə qulaq asan yoxdur. Nə Müdafiə nazirliyi, nə də digər qurumlar məni qəbul etmir. Səbəb odur ki, cənab Prezident dediyini heç kim etmir. Mənim işığımı, qazımı kəsirlər, niyə? Nə etmişəm? Erməniyə güllə atmışam ona görə? Mən 7 il Azərbaycanı gözləmişəm ki, cənab Prezident məni azad edəcək”.
Quliyevin sözlərinə görə işsiz qaldığı müddətdə ona Dövlət Məşğulluq Agentliyindən süpürgəçi işləmək təklif edilib.
"Dedilər ki, "gəlin arvadlar süpürəcək, siz də lapetə yükləyəcəksiniz, yüngül işdir. Qolunuz qırıq olduğuna görə yüngül iş ancaq budur"".
Şahbaz Quliyevin saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev anews.az-a açıqlamasında bildirib ki, Şahbaz Quliyev saxlanılmayıb. O,müvafiq polis orqanına dəvət olunaraq dinlənilib. Onu narahat edən halların aiddiyatı orqana göndərilməsi təmin edilib. Barəsində hər hansı inzibatı icraat müəyyən olunmayıb.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini rəsmisi Tural Qurbanov Şahbaz Quliyevə niyə əlillik təyin olunmaması ilə bağlı isə deyib ki, bununlla bağlı ən qısa zamanda açıqlama veriləcək.
Şahbaz Quliyev və həmkəndlisi Dilgəm Əsgərov 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.Dilqəm Əsgərov və Şahbaz Quliyev separatçı "DQR məhkəməsinə" çıxarılıb və Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə 22 il iş verilib. lakin 44 günlük Vətən Müharibəsindən sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və 2021 il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması prinsipi ilə hər iki əsir Azərbaycana təhvil verilib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























