• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ifadə azadlığı hər addımda pozulmaqdadır - HESABAT

Azərbaycanda ifadə azadlığı hər addımda pozulmaqdadır - HESABAT
01.04.2022 17:34
Azərbaycanda ifadə azadlığı və siyasi hüquqlar hər addımda pozulmaqdadır, bu barədə "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" İctimai Birliyinin 2022-ci ilin mart üçün insan hüquq və azadlıqlarının pozulmasına dair hesabatında deyilir.

"Hesab edirik, hüquq pozmaların qarşısının alınmasında beynəlxalq təşkilatlar öz töhvələrini verməlidirlər. Bunun üçün beynəlxalq təşkilatlar, diplomatik korpuslar, vətəndaş cəmiyyəti institutları ilə sıx münasibətlər qurmalı və onlarla tez-tez görüşlər keçirib, dəstəklərini ifadə etməlidirlər. Ölkədə müxalif siyasi partiyalara, müstəqil ictimai-siyasi fəallara qarşı aparılan qanunsuz həbslər, işgəncə halları, qeyri-insani rəftar və digər hüquqpozmalar əslində hakimiyyətin demokratiyaya və ifadə azadlığına olan münasibətinin göstəricisidir. Görünən odur ki, hakimiyyət nə qədər repressiv metodlar varsa onların hamısından ona qarşı real müxalifətdə olan siyasi partiyalara və ictimai fəallara qarşı tətbiq edir və bu hallar getdikcə də artmaqdadır", deyə sənəddə qeyd edilir.

Hesabatda martda  Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarının inzibati həbsə məhkum edilməsi, AXCP fəalı Şahin Hacıyevin saxta narkotik ittihamı ilə 6 il müddətinə həbsə məhkum edilməsi, Demokratiya və Rifah Partiyasının üzvü Elşən Əliyevin Rusiya əleyhinə aksiyada iştirakdan sonra 15 sutka inzibati qaydada həbs olunması, Müsəlman Birliyi Hərakatının üzvü Elşən Abbasov hakimiyyəti sosial media üzərindən tənqid etdiyinə görə qurama narkotik ittihamı ilə saxlanılması, dinc aksiya zamanı polis işçiləri tərəfindən ictimai fəal Bəxtiyar Hacıyevin şəxsi avtomobilinin şüşələrinin sındırılması, Azadlıq Qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin Abşeron rayonunda peşə fəaliyyətini yerinə yetirərkən polislər tərəfindən saxlanılması, Demokratiya 1918 Hərəkatının ofisindən çıxarılması və digər faktlara istinad edilib. Sənəddə həmçinin  Almaniyadan readmissiya olunan siyasi fəalların həbs edildiyi qeyd edilib. 

Hüquq-mühafizə orqanlarının rəsmiləri insanların əqidəsinə görə təqib edilmədiyini, ölkədə fundamental azadlıqların, o cümlədən toplaşmaq, birləşmək, söz azadlığının tam təmin edildiyini bildirir.

"İnsanlar etdikləri qanunsuz əməllərə görə saxlanılır. Onlar bir çox hallarda özünümüdafiə məqsədi ilə siyasi əqidəsinə görə təqib edildiyini bildirir", deyə hüquq-mühafizə orqanlarının rəsmisi qeyd edib.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi 2020-ci il noyabrın 2-də təsis edilib. Mərkəzin rəhbəri deputatlığa keçmiş namizəd, ictimai fəal Fikrət Cəfərlidir.
 
Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol