Manaf Ağayevin “Mercedes”i özünə qaytarılmayıb?

Müğənni Manaf Ağayevin işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi avtomobilinin hələ də özünə qaytarılmadığı iddia olunub. Bu barədə vəkil Adəm Məmmədov məlumat paylaşıb.
Vəkilin sözlərinə görə, azad olunan ərazilərə icazəsiz keçdiyi üçün həbs olunan Ağayev cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus "Mersedes" markalı avtomobil cərimə meydançasında saxlanılır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, vəkilin iddiaları əsassızdır.
"Manaf Ağayevlə bağlı inzibati tənbeh tətbiqi ödənildikdən dərhal sonra avtomobil sahibinə qaytarılıb”,- bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























