Bakının mərkəzində güclü partlayış - Ölən və yaralanan var

Bakının mərkəzində güclü partlayış olub.
Partlayış Səbayel rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınıb.
Hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib. Olay dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış yanğınla nəticələnib.
Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətindən (TTTYX) verilən ilkin məlumata görə, indiyə qədər 6 yaralı 1 Saylı Şəhər Xəstəxanasına, 25 yaralı isə Yanıq mərkəzinə yerləşdirilib.
Qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sülhanə İlham qızı (1987-ci il təvəllüdlü) xəsarət alıblar. Yaralılar 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) yerləşdiriliblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.
"Hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir. Təcili yardım briqadalarından verilən məlumata görə saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib. Hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir. İctimaiyyətə əlavə məlumat veriləcək", nazirlikdən bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ilkin məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
"Azəriqaz" İB məsələsi bağlı açıqlama yayıb.
"Böyük ehtimal olunur ki, hadisə propan qaz balonunun partlaması səbəbindən baş vermişdir.Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılmışdır.Hadisə yerinə işçilərimiz tərəfindən baxış keçirilərkən obyektdən 3 ədəd propan qaz balonu aşkar edilmişdir, 1 ədədi partlamış vəziyyətdə. Sözü gedən obyekt Azəriqaz abonenti deyil, eyni zamanda yeraltı qaz kəməridə mövcud deyildir", açıqlamada deyilir.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov hadisə yerindədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























