• $
  • €
  • ₽
  • ₺
  • £

Komaya düşən şagird xəstəxanadan evə buraxılıb

Komaya düşən şagird xəstəxanadan evə buraxılıb
05.04.2022 09:47
Cəlilabad rayonunda təhsil müəssisəsində hündürlükdən yıxılaraq ağır xəsarətlər alan şagird müalicə olunduğu xəstəxanadan evə buraxılıb.Bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Elnur Azadxanov məlumat verib.

Onun sözlərinə görə, hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması və sol ağciyərin kontuziyası diaqnozu ilə xəstəxanaya koma vəziyyətində daxil olan, həmçinin süni tənəffüs cihazına bağlanan 13 yaşlı Əli Qasımov artıq sağalıb və aprelin 4-də evə yola salınıb.

Qasımov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə və kollektivinə təşəkkür edib.

"Əli artıq bizim komandamızın doğmasına çevrilib. Hamı onu çox sevdi. Əli də gedərkən söz verdi ki, Vətəninə, millətinə layiqli övlad olacaq" - direktor qeyd edib.

Martın 10-da Cəlilabad şəhər 2 nömrəli məktəbin idman zalında 6-cı sinif şagirdi, 2009-cu il təvəllüdlü Qasımov Əli Təyyar oğlu hündürlükdən yıxılıb. Ağır xəsarətlər alan şagird huşsuz vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol