• $
  • €
  • ₽
  • ₺
  • £

May ayının HAVA PROQNOZU

May ayının HAVA PROQNOZU
29.04.2014 15:01
May ayında orta aylıq temperaturun iqlim normasına yaxın, ayın birinci yarısında normadan 2-4 dərəcə yüksək, ikinci yarısında isə bəzi günlərdə iqlim normasından bir qədər aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasındaOrta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25, bəzi günlərdə 28-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-21 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.Naxçıvan Muxtar RespublikasındaOrta aylıq temperaturun 17-21 dərəcə isti (gecələr 11-16, gündüzlər 21-26, bəzi günlərdə 29-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-62 mm) olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarındaOrta aylıq temperaturun 12-14 dərəcə isti (gecələr 4-9, ayrı-ayrı günlərdə 12-14, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 68-122 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındaOrta aylıq temperaturun 17-21 dərəcə isti (gecələr 10-15, gündüzlər 20-25, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarındaOrta aylıq temperaturun 14-19 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 15 dərəcəyədək isti, gündüzlər 15-20, bəzi günlərdə 25-29 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-166 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındaOrta aylıq temperaturun 18-22 dərəcə isti (gecələr 12-17, gündüzlər 22-27, bəzi günlərdə 29-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-62 mm) olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarındaOrta aylıq temperaturun 15-19 dərəcə isti (gecələr 9-14, gündüzlər 19-24, bəzi günlərdə 25-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. ANN.Az 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol