Silahlı qrup narkotikə görə Azərbaycan sərhədçilərinə atəş açıb

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər sərhədçilərə atəş açıb, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq birgə məlumat yayıb.
Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.
Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər.
Sərhəd naryadı yaranan vəziyyətdə yüksək sayıqlıq və şücaət nümayiş etdirib, "Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd pozucularından birini zərərsizləşdirib. Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olublar.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun İran vətəndaşı, 1996-cı il təvəllüdlü Behnam Balai olması müəyyənləşdirilib, onun yanında AKM tipli "Kalaşnikov" avtomatı, 3 ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik vasitə aşkarlanıb.
Baş verən hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























