Nazir müavini yanğınla bağlı əhaliyə çağırış edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nazir müavini Firdovsi Əliyev yanğınla bağlı əhaliyə çağırış edib.
Nazir müavini yanğın hadisələrinin baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırıb.
www.anews.az
Nazir bildirir ki, son günlər meşə fondu ərazilərində və digər yaşıllıq sahələrində yanğın hadisələri qeydə alınır ki, bunların da əksəriyyəti insanların ehtiyatsızlığından irəli gəlir.
"Havaların istiləşməsi, küləkli hava şəraitinin üstünlük təşkil etməsi isə meşə yanğınlarının baş vermə təhlükəsini artırır.son günlər Qəbələ və Oğuz rayonlarının meşə ərazilərində, eləcə də vətəndaşların pay torpaqlarında və örüş sahələrində baş verən yanğın hadisələri bunun bir göstəricisidir", - Əliyev deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























